Arvad boşamağın cəriməsi 4 dəfə artırıldı – RƏSMİ

Özbəkistan hökuməti boşanma üçün ərizə verən ailə sahiblərindən alınan  dövlət rüsumunu 4 dəfə artırıb.
Moderator.az  bu haqda Özbəkistan nəşrlərinə istinadla xəbər verir.  Əvvəllər boşanmaq istəyənlər minimum əmək haqqının(MƏH) 50% -ni (92.150 sum) ödəməli idilər. Bundan sonra isə onlar  MƏH-in  4 mislini (368,600 sum) ödəyəcəklər.
Qeyd edək ki, 2017-ci ildə Özbəkistanda 32 min  cütlük boşanma prosedurunu keçib. Beləliklə,  bu müsəlman ölkəsində 2016-cı ilə nisbətdə boşanma sayı 8% artıb.
Müstəqil.Az

Share: