Arvadını öldürən hakim istintaqa cəlb edildi

Arvadını öldürən hakim istintaqa cəlb edildi

Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.

 

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Əhmədov Fəqan Rövşən oğlunun  özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Fəqan Əhmədov Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Share: