Arvadını qızının gözü önündə öldürən qatili məhbuslar ölümcül döydülər-VİDEO

Türkiyəni dəhşətə gətirən və insanları qəzəbləndirən qatil həbs edilib.

“haberler” xəbər verir ki, Kırıkkale bölgəsində kafedə 38 yaşlı Emine Bulutu qətlə yetirən keçmiş həyat yoldaşı 43 yaşlı Fedai Baran həbs edilib.

Nəzarət məntəqəsində Fedai Baranın ölümcül döyüldüyü barədə məlumatlar da yayılıb. Bildirilir ki, onu bir neçə məhbus döyüb.

Xatırladaq ki, Fedai Baran 10 yaşlı qızının gözü qarşısında keçmiş arvadını vəhşicəsinə qətlə yetirib. Onun boğazına bir neçə bıçaq zərbəsi vurub.

Daha sonra kafedən çıxan Fedai Baran uca səslə “bu fahişəni mən öldürdüm”, – deyərək ərazidən uzaqlaşıb. O, bir taksiyə minib. Sürücüyə isə “Heyvan kəsdim” deyib.


Qeyd edək ki, ötən gün Fedai Baran keçmiş həyat yoldaşının mobil nömrəsinə mesaj yazıb. O, qadına “gəl görüşək, qaranlıq məsələlərə aydınlıq gətirək” yazıb.

Daha sonra qadının telefonuna “səni öldürüb, gedib “paşa” kimi yataram. Eminə problem deyil”, mesaj yazıb.

Görüşdükdə isə qızının yanında qadınla mübahisə edib. Övladının vəkaləti üstündə mübahisə edən cütlük kafedə münasibətləri həll etmək üçün oturublar.

Fedai Baran qadına sənin ailəni də öldürəcəm, atanı öldürəcəyəm deyib.

Qadınla razılığa gələ bilməyən Fedai Baran əlinə bıçaq alaraq övladının gözü qarşısında bu dəhşətli cinayəti törədib.

Qətlə yetirilən Emine Bulutun bacısı bildirib ki, Baran qadını öldürəndən sonra onun atasına zəng vurub. Baran telefonda qaynatasına “qızını it kimi öldürdüm, səni də tapıb gəbərdəcəyəm”, – deyib.


Xatırladaq ki, 10 yaşlı qızının gözləri qarşısında bıçaqlanan qadın hadisədən sonra “ölmək istəmirəm”, – deyə fəryad edib.

Qadının qızı isə “ana ölmə”. – deyərək yalvarıb. Hadisənin görüntülərini kafedə olan 19 yaşlı gənc çəkib. O, sonradan həmin görüntüləri dostuna göndərib.

Polis böyük müzakirələrə səbəb olan hadisənin görüntüsünü çəkən gənci saxlayıb. Onun ifadəsi alınıb. Məhkəmənin qərarı ilə onun da barəsində hüquq müstəvisində tədbir görüləcəyi bildirilib.

Türkiyə cəmiyyəti bu dəhşətli cinayətdən sonra ayağa qalxaraq sosial şəbəkələrdə kampaniyaya başlayıblar. Türkiyənin məşhur adamları qadınlara qarşı zorakılığa son qoyulmasını tələb edirlər.   (baku.ws)

VİDEO

 

VİDEO

Share: