Arvadının kəsik başı ilə küçədə gəzdi – FOTO + VİDEO


Çində öldürdüyü arvadının kəsik başı ilə küçədə gəzən adam təhlükəsizlik kameralarına qeyd edilib. Qadının başsız bədəni isə birlikdə yaşadıqları evdə aşkarlanıb.
Moderator.az xəbər verir ki, Cənubi Çinin Guangdong əyalətində baş verən hadisədə cani adamın arvadını yaşadıqları evdə öldürdüyü və başını kəsdikdən sonra onu zibilə atmaq üçün evdən çıxdığı məlum olub. Kəsik baş isə bir səhiyyə işçisi tərəfindən tapılıb.
28 yaşlı qadının başını sol əlində tutan adam binanın ön girişindən bayıra çıxdığı andan etibarən təhlükəsizlik kameralarına anbaan qeyd olunub.
Görüntülərdə həyat yoldaşının başını zibilə atmadan əvvəl yol boyu sakit bir şəkildə yeriyən adamın əlindəki başı kimsənin görmədiyi diqqət çəkib.

Share: