“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən Müstəqil.Az-a daxil olan məlumata görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) özünün sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatını təqdim edib. Məlumatda o da deyilir ki, 2022-2023-cü illəri əhatə edən hesabatı ASCO-nun Müşahidə Şurası təsdiqləyib.
Müstəqil.Az olaraq haqqında bəhs olunan hesabat haqqında AXDG QSC-nin İstismar və kommersiya departamentinin rəis müavini, uzaq səfərlər kapitanı Sakit Malikovun fikirlərini öyrəndik.
S. Malikov bildirdi ki, ASCO-nun 2022-2023-cü illər üzrə “Dayanıqlı İnkişaf” hesabatı təşkilatın ekoloji, sosial və idarəetmə (ESG) sahəsində əldə etdiyi uğurları əks etdirir. O, həmçinin qeyd etdi ki, bu cür hesabatlar həm şirkətin fəaliyyətinin şəffaflığını, həm də dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfəni göstərir. O, həmçinin aşağadakı nüanslara da toxundu:
Ekoloji məsuliyyət:
ASCO-nun karbon emissiyalarını azaltmaq, yanacaq sərfiyyatını optimallaşdırmaq və ətraf mühitə zərərin minimuma endirilməsi üçün həyata keçirdiyi təşəbbüslər mühüm əhəmiyyət daşıyır. Bu, beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərən şirkətin ekoloji davamlılığa verdiyi dəyəri göstərir.
Sosial məsuliyyət:
Hesabatda işçi heyətinin peşəkar inkişafı, təhlükəsiz iş şəraitinin yaradılması və yerli icmalara dəstək məqsədilə həyata keçirilən layihələr vurğulanır. Bu, ASCO-nun sosial məsuliyyət sahəsindəki səylərini nümayiş etdirir.
İdarəetmə:
Dayanıqlı idarəetmə prinsiplərinin tətbiqi, korporativ idarəetmənin təkmilləşdirilməsi və şəffaflıq ASCO-nun uzunmüddətli strateji hədəflərini əks etdirir.
Sakit Malikov ASCO-nun bu hesabatını, onun yalnız iqtisadi fəaliyyətlə məhdudlaşmadığını, həm də ekoloji və sosial dəyərlərə sadiqliyini sübut etdiyini də vurğulayaraq, əlavə etdi ki, bu cür hesabatlar şirkətin maraqlı tərəfləri üçün etibarlılığını artırır və beynəlxalq səviyyədə rəqabətə davamlılığını təmin edir.
Tural Balabəyli
“DSD”İB -nin layihə üzrə Analitik-İnformasiya Bölümünün rəhbəri
Müstəqil.Az
Müstəqil.Az