“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədri Rauf Vəliyev Türkiyənin İstanbul şəhərində “Gəncə” tankerində olub.
Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, ASCO sədri xarici sularda istismar olunan gəminin heyət üzvləri ilə görüşündə dənizçilik sahəsinə Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan, qarşıya qoyulan məqsəd və hədəflərdən, donanmalarımızın yenilənməsi prosesindən, beynəlxalq dəniz daşımalarındakı mövqelərimizin möhkəmlənməsindən danışıb.
Rauf Vəliyev dənizçilərə bir sıra tapşırıqlarını da verib. Bildirib ki, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə xüsusi diqqət yetirilməlidir.
ASCO rəhbəri heyət üzvlərinə yükdaşımalarda oynadıqları fəal rola, ölkəmizi xarici sularda uğurla təmsil etdiklərinə görə təşəkkürünü bildirib, gəmiçilərə xoş səfərlər arzulayıb.
Daha sonra Rauf Vəliyev dənizçiləri dinləyərək onların qayğıları və problemləri ilə maraqlanıb.
“Gəncə” tankerinin heyəti öz növbəsində diqqət və qayğıya görə Prezident İlham Əliyevə, ASCO rəhbərliyinə təşəkkürünü bildirib. Onlar qarşıya qoyulan tapşırıq və vəzifələrinin öhdəsindən bundan sonra da layiqincə gəlməyə çalışacaqlarına söz veriblər.
Müstəqil.Az