Asif Atanın 7-ci Bitiyi çapdan çıxdı

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!

Asif Atanın Mütləqə İnam Ocağı kitab çaplarını davam etdirməkdədir.

Bu haqda Müstəqil.Az-ın elektron ünvanına  Asif Ata ocağından Nurtəkin Atalı məlumat göndərib . O bildirib ki, bu dəfə Asif Atanın 85 illiyi qarşısında 7-ci Qutsal Bitiyi – “Yetməli Olduğunuz” çap olunmuşdur. Bitiq Ocaqçıların yatırımı ilə araya gətirilmiş, artıq ilk oxucularına çatdırılmışdır. Bildiririk ki, Ocaqçıların son səfərlərində Bitiq artıq soydaşlarımıza təqdim olunmuşdur. Bu günlərdə ayrı-ayrı kitab evlərinə, o sıradan M.F.Axundov adına Milli Kitab evinə də bağışlanacaqdır.

Atamız Var olsun!

 Mütləqə İnam Ocağı

19 Ata Ayı, 42-ci il. (sentyabr, 2020).

Müstəqil.Az

Share: