Asif Mərzilinin “qorxusu” -İroniya

Tanınmış jurnalist Asif Mərzili qarşılaşdığı bir olayısosial şəbəkədəki divarında   özünəməxsus ironiya ilə paylaşıb. Müstəqil.Az həmin yazını olduğu kimi yayınlayır:

“Dünən çoxbilmiş bir tanışımla maraqlı tədbirə dəvət olunmuşdum… Burada çox maraqlı adamlara və mənzərələrə şahid oldum… Bizdən bir az aralı bərkgedən TV aparıcılardan olan (bəziləri özlərini TV-dən kənar elə aparırlar ki, elə bil bir sıra tərbiyəsizliyin yayıcıları bunlar deyil) bir xanım dayanmışdı. Onu tanıdım, yanındakı bəyi isə kiməsə oxşatdım… Yanımdakı çoxbilmişdən soruşdum ki, o kimdir? Dedi, tanımazsan, Filankəs xanımı saxlayandır də… Onlardan az aralıda isə yaxşı tanıdığım keçmiş deputatlardan biri idi… Yanında isə bir farmazon, vallah, yerlə-göylə əlləşən bir xanım dayanmışdı. Yenə də bu çoxbilmişdən soruşdum ki, sən bilərsən, bəs keşmiş deputatın yanındakı xanım kimdir? Dedi, həəə, bu xanım da o kişini saxlayır… Gülmək məni tutdu, dedim, ayə, deyəsən, burda hamı bir-birini saxlayır… Mən də indiyəcən elə bilirdim ki, ancaq Rusiya Ermənistanı saxlayır… Bizdə isə bu nədir, o bunu saxlayır, bu onu saxlayır?! Dedim, gəl burdan rədd olaq, elə bilərlər bizi də kimsə saxlayır… Gülə-gülə tədbirdən sivişib aralandıq…”


Asif Mərzili

Share: