Şahzadə Edvard və Vallis Simpsonun eşqi öz böyüklüyü ilə tarixə damğa vurub.
Onların sevgisi təkcə ikisinin həyatını dəyişməklə qalmayıb, bir ölkənin, bir krallığın da gələcəyini dəyişdirib.
Edvard həyatının qadını ilə evlənə bilmək üçün kral olmaqdan imtina edib.
Edvard 23 iyul 1894-cü ildə York hersoqu Corcun oğlu olaraq dünyaya gəlir. Birinci Dünya Müharibəsinin başlaması ilə xüsusi bir alayda fəaliyyətə başlayır.
Atasının kral olmasından sonra o da Qaller şahzadəsi olur.
1930-cu ildə başqası ilə evli olan Vallis Simpsonla tanış olur. Qısa zamanda bir-birinə aşiq olurlar. Bu vəziyyət kraliyyət tərəfindən xoş qarşılanmır.
Ancaq “şorgöz” Edvard çoxdan aşiq olmuşdu.
Bu mövzunu atasına açmaq istədiyi bir vaxtda kral V Corc vəfat edir və o, hüquqi varis kimi VIII Edvard adı ilə taxta çıxır.
Vallis Edvardın taxta çıxdığı il ərindən boşanır. Ancaq Edvardla evlənməsi, demək olar ki, qeyri-mümkün idi. Çünki ingilis kraliyyət ailəsi Vallisin amerikalı olması və iki dəfə ailə qurması səbəbindən bu evliliyə icazə vermir.
Vallislə evlənməyin tək yolunun krallıqdan imtina olduğunu bilən Edvard bu qərarı alır. 10 dekabr 1936-cı ildə taxtdan çəkildiyini bildirən sənədi məclisə təqdim edir.
Məclis səhəri gün bu tələbi qəbul edir. Edvard taxtdan imtina etdiyini bir radio proqramı vasitəsilə bütün dünyaya bəyan edir.
12 dekabrda taxta çıxan qardaşı VI Corc Edvardı Vindzor hersoqu elan edir.
Edvard-Vallis cütlüyü 1937-ci ildə evlənirlər. Evlənəndən 30 il sonra ilk dəfə rəsmi krallıq mərasiminə dəvət edilirlər.