Asiyalı aktrisa ilin ikonası seçildi

Asiyalı aktrisa ilin ikonası seçildi

“Time” jurnalı “Geyşanın xatirələri”, “Əyilən pələng”, “Gizli əjdaha” və “Hər yerdə, bir anda” filmləri ilə məşhurlaşan malayziyalı aktrisa Mişel Yeonu 2022-ci ilin ikonu seçib.
Müstəqil.Az xəbər verir ki, bu barədə nəşrin saytında məlumat paylaşılıb.

O, Asiya kinosunda populyar olsa da, 2021-ci ildə ekranlara çıxan “Hər yerdə, bir anda” filminin premyerasından sonra Hollivudda da şöhrət qazanıb.

Qeyd edək ki, Daniel Şaynert və Den Kvanın filmi aktrisaya Oskar qazandıra bilər.

Müstəqil.Az

Share: