“Bizi ən çox narahat edən məsələ stadionlardakı işıqlandırma sistemidir”.
Bunu “Report”a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev deyib.
O bildirib ki, PFL rəhbərliyinin Qərb bölgəsinə səfərinin əsas məqsədlərindən biri məhz budur:
“Tovuz və Şamaxı şəhər stadionlarında işıqlandırma ilə bağlı problem var. Yay aylarında oyunların gündüz saatlarında keçirilməsi matçın tempinə mənfi təsir edir və futbolçuların daha çox hərəkətli olmasının qarşısını alır. “Turan Tovuz” klubunun rəhbərliyi ilə əsas müzakirələrimiz bu yöndə idi”.