Aşotun “döyüş filmi”: 40-dan çox erməni qurban verildi – Video

Aşotun “döyüş filmi”: 40-dan çox erməni qurban verildi – Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşotun müharibədə mühasirədən çıxarılması üçün 40-dan çox qurban verilib.

Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası 44 günlük müharibənin yeni detallarını açıqlamağa davam edirlər.

Bu detallardan biri də Paşinyanın oğlu ilə bağlıdır. Belə ki, 2020-ci ilin oktyabr ayının əvvəlində Aşotun döyüşlərdə iştirak etdiyi görüntülərin erməni ictimaiyyətinə təqdim edilməsi, “baş nazirin oğlu da döyüşür” təbliğatının aparılması qərarı verilib.

Bu təbliğat planı Paşinyanın arvadı Anna Akopyan tərəfindən hazırlanıb, icrası yüksək texnologiyalar naziri Akop Arşakyana tapşırılıb. Plana görə, Aşotun Cəbrayılda təhlükəsiz məsafədən döyüşlərə qatılması təşkil olunmalı, bunun kadrları çəkilməli imiş. İrəvandan xüsusi çəkiliş qrupu Cəbrayıla göndərilib, lakin Azərbaycan Ordusunun Cəbrayılı azad etməsi planı alt-üst edir.

Daha sonra Aşotun “döyüş filminin” Zəngilan istiqamətində çəkilməsi qərarı verilib. Lakin ordumuzun sürətlə irəliləməsi Aşotun bir qrup hərbçi ilə mühasirəyə düşməsi ilə nəticələnib.

Onların mühasirədən çıxarılması üçün keçirilən əməliyyat zamanı 40-dan çox əsgər və zabit qurban verilib. Sonda Aşotu Gorusa apara biliblər.

Müstəqil.Az

Share: