Astanada Suriya üzrə 21-ci Yüksək Səviyyəli Görüş keçirilib

Astanada Suriya üzrə 21-ci Yüksək Səviyyəli Görüş keçirilib

Astanada Suriya üzrə 21-ci Yüksək Səviyyəli Görüş keçirilib

24-25 yanvar 2024-cü il tarixlərində Astanada Suriya üzrə Astana formatında 21-ci Yüksək Səviyyəli Görüş keçirilib.

-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, İclasda Türkiyəni xarici işlər nazirinin müavini, səfir Əhməd Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

“İclasda (Suriyada – red.) son vəziyyət və terrorla mübarizə, regional siyasi proseslər, qaçqınların geri dönməsi və humanitar yardımlar kimi məsələlər müzakirə edilib. İclasın nəticələrinə dair Birgə Bəyannamə dərc olunub. Görüşlə əlaqədar Qazaxıstan hökuməti, Astana prosesinin müşahidəçi ölkələri və BMT təşkilatları ilə ikitərəfli görüşlər keçirilib. Bu münasibətlə Qazaxıstanın Astana görüşlərinə ev sahibliyi etməsindən məmnunluq ifadə olunub”, – deyə XİN-dən bildirilib.

Share: