Astarada yük maşını 60 yaşlı qadını vuraraq öldürüb

Astarada yük maşını 60 yaşlı qadını vuraraq öldürüb

Astarada yük maşını 60 yaşlı qadını vuraraq öldürüb

Astarada 60 yaşlı qadını ağır tonajlı yük avtomobili vurub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -nın cənub bürosuna verilən məlumata görə, fevralın 19-da saat 10 radələrində Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində Ramil Məmmədovun idarə etdiyi “DAF” markalı yük avtomobili 1964-cü il təvəllüdlü, Ərçivan qəsəbə sakini Xatun Hüseynovanı vurub. X.Hüseynova aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Share: