Astroloji proqnoz…11 aprel

Qoç – Laübəli, qarışıq gün olduğundan işlərdə tələskənliyə yol verməyin. Düşünülməmiş qərarlar çox pis nəticə verə bilər. Maraqlandığınız işlə məşğul olmaq üçün imkanlar yaranıb. İşdə və təhsildə sizi xoş anlar gözləyir.

Günün ikinci yarısında maddi məsələlər ailə həyatında həyəcanlar yarada bilər. Yaxınlarınız nələrinsə alınmasını istəyirlər. Onların istəklərinin yerinə yetirilməsi ailə büdcəsinə zərbə vuracaq.

Axşam saatlarında normal istirahət edin.

Buğa – Gözləntilərinizdə yanıla bilərsiniz. Mövqelərinizə diqqət yetirin. İrəliləyişlər səylər və cəhdlərsiz mümkün deyil. Maliyyə problemləri, nəzərdə tutulmamış xərclər olacaq.

Birgə fəaliyyət üçün tələb olunan işləri görün.

Günün ikinci yarısında tərəfdaşlıq və əməkdaşlıq məsələləri ön plana çıxacaq. Gəlir vəd edən layihəni reallaşdırın. Önəmli durumla bağlı situasiyada dəyişikliklər olacaq. Sınaqlardan, eksperimentlərdən qorxmayın.

İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.

Xərcləri minimuma endirin.

Əkizlər – Uğurlu gündür. Yaxın ətrafınıza sərt təzyiq etməsəniz, qarşınıza qoyduğunuz məqsədə çata biləcəksiniz. Yaşam proseslərinin mahiyyətini anlasanız, sədlərlə maneələri asanlıqla dəf edəcəksiniz. Yaxşı tanıdığınızı düşündüyünüz insanın indiyədək mübhəm qalmış yönlərini aşkarlaya bilərsiniz.

Günün ikinci yarısında təcrübənizi artırın.

Gərəkli informasiyanı əldə etməyə imkan verəcək qərarları təxirə salmayın. Məsləhətlər alın, məlumatları saf-çürük edin. Romantik münasibətlər əlavə impulslar alacaq. Axşam saatlarına yaxın etiraflar, açıq söhbət, perspektiv planların müzakirəsi üçün əlverişli imkanlar yaranacaq. Cari hadisələrin zahiri sadəliyi sizi aldatmasın. Ciddi yeniliklər olacaq.

Xərçəng – Problemlərin çözülməsində qeyri-standart metodlar daha effektivdir. Bütün qayda və təlimatlara riayət etmək, sadəcə, mümkün deyil. Uzun müddətdən bəri sizə opponent olmuş insanla dil tapa bilərsiniz.

Günün ikinci yarısı məhsuldardır. Çoxdan bəri həllini gözləyən məsələni çözün.

Macəralar və avantüralara qatılmayın. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Subaysınızsa, bəxtinizi bir daha sınaya bilərsiniz.

Şir – Günün ilk yarısında aktiv olun. Yersiz və səbəbsiz etiraflar gözlənilməz nəticələr verə bilər. Parlaq, maraqlı olaylar əslində fərqli məzmunda olacaq. Situasiyanı diqqətlə izləyin.

Emosional əlaqələrinizin olduğu insanlarla bağlı gözləntiləriniz doğrulmaya bilər.

Günün ikinci yarısında zərurət olmadan təşəbbüskarlıq etməyin. Yeni işlərə başlamayın, vurnuxmalara qapılmayın. Tələskənliyə yol verməyin.

Daxilinizdə üsyan istəyi var. Qısa müddətdə effektiv nəticə verə biləcək işlə məşğul olmayın. Yaxın gələcəklə bağlı planlarınızı dürüst planlaşdırın.

Qız – Mövqelərinizi qoruyun. Fəaliyyətinizi ətrafınızdakı insanlardan bir qədər təcrid edin. Emosional baxımdan mürəkkəb gündür. Romantika olmayacaq. Hədiyyə gözləməyin. Tənhalığa qapılmayın, müstəqil olun.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlar sizi riskli işlərə cəlb etməyə çalışacaqlar. Başqalarının planlarında fiqura çevrilməyin.

Bildiyiniz sirlər barədə danışmayın. Səhhətinizə fikir verin. Profilaktiki tədbirləri unutmayın. Sizə qayğı ilə yanaşacaq insanlar var.

Alış-verişə yollanmaq olar.

Tərəzi – Maraqlarınızın təminatı üçün sayıq və huşyar olun. Yaşamınızı özünüzü dəyişə bilərsiniz.

Təəssüratlarla emosiyalar yenilənəcək. Eksperimentlər apararaq biliklərlə bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Çox işlərin öhdəsindən gələcəksiniz.

Günün ikinci yarısında ehtiyatlı olun. Çılğın insan təsir bağışlamayın. Başladığınız işləri səliqəli görün. Yaxın ətrafınızdakı insanları müşahidə edin. Yalnız ifrat zərurət yaranarsa risk edin.

Alış-verişdə bədxərclik etməyin.

Əqrəb – Günün ilk yarısında yaxın ətrafınızdakı insanların hədsiz gözləntiləri ilə qarşılaşacaqsınız. İradlar və tənqidlər üçün münasib zaman deyil. İstirahət, əyləncə istəklərini təxirə salın.

İşgüzar ünsiyyətə üstünlük verin. Başqasının rahatlığı üçün prinsiplərinizdən imtina etməyin. Müəyyən çərçivələr daxilində aktivlik pis deyil.

Günün ikinci yarısında ciddi işlərlə məşğul olun. Maliyyə məsələlərinə xüsusi fikir verin.

Rəqabətə davamlılığınızı yoxlayan insan var. Kiçik itkilər istisna deyil. Amma məqsədə doğru qətiyyətlə irəliləyin.

Oxatan – Dəyər verdiyiniz insanların istəklərini və niyyətlərini anlamağa çalışın. Kömək gözləyən insanlara yardım edin. Laqeyd olsanız, bunu sizə deməyəcəklər, amma unutmayacaqlar.

Günün ikinci yarısında həmkarlar və dostlarla birgə fəaliyyətdə xeyir var. Qərarlar qəbul edərkən yalnız öz qüvvənizə güvənin. Yalan, şayiə, intriqa istisna deyil.

Axşam saatlarına yaxın əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Alış-veriş üçün əlverişli zaman deyil. İmpulsiv addımlar atmayın.

Oğlaq – Müşahidə və təhlil üçün yetərincə xəbər alacaqsınız. Bəzi insanları yaxşı tanımadığınızı anlayacaqsınız. Darıxmaq üçün vaxt olmayacaq.

Yaxın ətrafınızdakı insanların nə işlə məşğul olduqlarını bilin. Yardım gözləyən insan var.

Günün ikinci yarısında hərəkətlərinizdə sadəlövhlük və səbirsizlik olmamalıdır. Etiraflardan çəkinin. Emosional əlaqələri inkişaf etdirin. İllüziyaların dağılması istisna deyil. Köhnə plandan əl çəkin, yeni seçim edin.

Yaradıcılıqla məşğul olmaq üçün axşam saatları əlverişlidir.

Dolça – Başladığınız işləri yarımçıq qoymayın. Günün ilk yarısında rutin tapşırıqların öhdəsindən gəlin. Mübahisələrə, yarışlara qatılmayın. Yaxın ətrafınızdakı insanların müqaviməti ilə qarşılaşa bilərsiniz. Dartışmalarda iştirak etməyin. Deyilənlərə rəğmən, hər kəs öz mövqeyində qalacaq.

Günün ikinci yarısında əhvalınız korlana bilər.

Məlumat arayın, eksperimentlər aparın, özünüzü sınayın. Şəxsi münasibətlər üçün sakit zaman deyil. İradların və tənələrin sayını artırmayın. Dəyər verdiyiniz insanı incitməyin.

Maliyyə məsələləri ilə bağlı təkliflərə tələsik cavab verməyin.

Balıqlar – Günün ilk yarısında işlərə müsbət emosiyalarla başlayın. Qüvvəniz artacaq, yaşam enerjinizin səviyyəsi yüksələcək. Əhvalınız nikbin olsun.

Ciddi işləri uğurla həll etmək mümkündür.

Günün ikinci yarısında əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etmək məsləhətdir. Axşam saatlarına yaxın dostlarla görüş yaxşı nəticə verəcək. Səhhətinizin qeydinə qalın.

Zərərli vərdişlərdən birindən imtina etmək, pəhriz saxlamağa başlamaq üçün münasib zamandır.

Share: