“Atəşgah Həyat Sığorta”nın kapitalı 18%, xalis mənfəəti isə 12% azalıb

“Atəşgah Həyat Sığorta”nın kapitalı 18%, xalis mənfəəti isə 12% azalıb

“Atəşgah Həyat Sığorta”nın kapitalı 18%, xalis mənfəəti isə 12% azalıb

“Atəşgah Həyat Sığorta” 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“-Economics” sığorta şirkətinin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Həyat Sığorta”nın xalis mənfəəti əvvəlki illə müqayisədə 11.6% azalaraq 7 milyon 488.3 min manat təşkil edib. Şirkət 2022-ci ili 8 milyon 474 min manat xalis mənfəətlə bağlamışdı.

Hesabat dövründə, “Atəşgah Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 33.7% və ya 18 milyon manat artaraq 71 milyon 703.9 min manata bərabər olub. 2022-ci ildə bu rəqəm 53 milyon 649.7 min manat təşkil edib. Bu dövrdə şirkət xalis sığorta ehtiyatları hesabını 28 milyon 286.9 min manat artırıb. 2022-ci ildə isə bu ehtiyatları 6 milyon 874.5 min manat artırmışdı.

Sığorta şirkətinin investisiya gəlirləri 33 milyon 152.9 min manat təşkil edib ki, bu da bir il əvvələ nisbətən 10% və ya 385.9 min manat çoxdur. Bu dövrdə, “Atəşgah Həyat Sığorta”nın sair gəlirləri isə 3.9 dəfə artaraq 515.4 min manata yüksəlib. Nəticədə, şirkətin cəmi gəlirləri 48 milyon 224 min manata bərabər olub ki, bu da 2022-ci illə nisbətən 5.1% çoxdur.

Ötən il sığorta şirkətinin əsas əməliyyat xərcləri bir il əvvələ nisbətən 13.7% azalaraq 28 milyon 388.3 min manata enib, işlərin aparılması xərcləri 42.5% artaraq 10 milyon 404.6 min manata, sair xərclər isə 3.3 dəfə artaraq 70.6 min manata yüksəlib. Ümumilikdə isə sığorta şirkətinin cəmi xərcləri bir əvvələ nisbətən 3.4% azalaraq 38 milyon 863.5 min manat təşkil edib.

2023-cü ildə “Atəşgah Həyat Sığorta”nın maliyyə mənfəəti 11.6% azalaraq 9 milyon 363.3 min manata enib.

2024-cü ilin yanvarın 1-nə “Atəşgah Həyat Sığorta”nın cəmi aktivləri 28,6% artaraq 102 milyon 86.6 min manata, cəmi öhdəlikləri 44.5% artaraq 85 milyon 340.7 min manata çatıb.

Cari ilin əvvəlinə şirkətin cəmi kapitalı 17.5% və ya 3 milyon 539.6 min manat azalaraq 16 milyon 745.9 min manata enib.

Share: