Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Ata Abdullayev barəsində həbs qərarı verilib.
Müstəqil.Az – ın verdiyi xəbərə görə, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.
Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Müstəqil.Az