Ata Corc Buş xəstəxanaya yerləşdirildi…

ABŞ-ın sabiq prezidenti ata Corc Buş aşağı qan təzyiqi və zəifliklə xəstəxanaya yerləşdirilib.
Bu barədə “Twitter”-də Buş ailəsinin nümayəndəsi Cim Makqrat məlumat verib.
Həkimlər ata Buşa bir neçə gün nəzarət edəcəklər.
O qeyd edib ki, ata Buş narahatlıq hissi keçirmir.
Bundan əvvəl, aprelin sonlarında sabiq prezident qanına infeksiya düşməsi ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti həyat yoldaşı Barbara Buşun ölümündən sonra pisləşib. Barbara aprelin 18-də 92 yaşında vəfat edib.

Share: