Fevralın 15-də Aktyor evində Azər Turanın yazdığı “Atam, anam, qardaşım, mən və Stalin” dramı əsasında əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun quruluş verdiyi eyni adlı tamaşa nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, tamaşa Cəfər Cabbarı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında hazırlanıb. Əsər Cavidlərin – Hüseyn Cavidin, Müşkinaz Cavidin, Ərtoğrol Cavidin və Turan Cavidin – Stalin repressiyası səbəbindən məruz qaldıqları məşəqqətli ömür yollarından bəhs edir.
Qeyd edək ki, tamaşa Hüseyn Cavidin 140 illiyinə həsr olunub.