Dilara Əbdurəhman qızı
(Özbəkistan)
AZƏRBAYCAN TORPAĞI
(silsilə)
(“Daqlıq Qarabağ – Azərbaycanın qədim torpağıdır” – Heydər Əliyev)
Bir yer var ki, dunyaya yayılmışdır sədası,
Behiştdən, cənnətdən alınmışdır havası
İmana, inama açılıbdır qapısı,
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
Övliyalar nəfəsi yayılmış dağlarında
Hurilər üzün yuyar sərçeşmə bulağında,
Mələklər gəzir necə çiçəkli bağlarında
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
Atamın saçı kimi dağlarında durur qar,
Gəlin həyası kimi bağına qonar bahar,
Balam kimi əzizdir yox qəlbimdə heç qübar,
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
Hər kəs sənə bağlıdır, səni can tək sevirlər,
Küçələrə su səpib, nərgiz, reyhan əkirlər
Qucağın Cənnət bağı, ətirlidir çiçəklər
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
Şuşa, Laçın, Xocalı gözlərimin bəbəyi
Kəlbəcər, Zəngilanım bu dağların dirəyi
Hər tərəfin nəfəs tək bihuş edir ürəyi
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
Özgə yurdun çiçəyi bir çöpünə də dəyməz
Min il yağış yağsa da damla şehinə dəyməz
Nə ayrılıq,nə hicran, qəddimi əyə bilməz
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
Hicranım sona çatır, sənə çatır güzarım
Babam tikdiyi komam, ocağımsan qübarım,
Tələsirəm, bağrına qısılsın mənim canım,
Sənsən canım-cahanım gözəlim, Qarabağım
Qururum, iftixarım əzəlim, Qarabağım
II
Bir sazəndə məni rahat buraxmır,
Sazının sədası göyə ucalır
Rəbbim, bu nə sirr, ürəkdə qalır .
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Sən şirin musiqi, ilahi nəfəs,
Qanımı, canımı oyadan bir səs,
İlhamın, ahəngin, dərdin müqıddəs,
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Qarabağ bülbülü çəksə ahu-zar,
Səs verər çəkilən naləyə dağlar,
Yarpaqlar, qönçələr, daşlar, bulaqlar…
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Bülbülə qarğalar qoşula bilməz,
Ötəri ahənglər yaxına gəlməz,
Özgə sədasıyla muğam oxunmaz,
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Neçə ürəklərdə səslənir muğam,
Səslənir, oxunur nəğmələr, nə qəm,
Ruhuma su çilər çeşməsi zəm-zəm,
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Ömür necə şirin, vardır məhəbbət,
Ölümdən güclüdür sevgi, sədaqət,
Mənim taleyimə gələn səadət
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Hər mahnı, hər muğam, aşıq nəğməsi,
Azəri yurdunun sirli töhfəsi,
Eşq gülüstanının qızıl qapısı,
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
Diqqətlə nəzər sal bəbəklərimə,
Nəğmə tək axaram ürəklərinə
Sevincim, ələmim, heyranam sənə
Şuşam, əzizimsən, qızıl tacımsan,
Könlümün məlhəmi, dərd əlacımsan
III
Qəlbdə sönməz alovsan, qədimsən, ucalıqsan
Hər İki dunyamızda səadətsən, varlıqsan,
Səndən ayrılmaq olmaz, ruhumdakı ağrısan,
Əziz Dağlıq Qarabağ, canım fədadır sənə,
Əcdadlardan mirassan, şanssan, şərəfsən mənə.
Sənsən babamın yurdu, ata evim qapısı,
Boynumda həmayilim, munis ana laylası,
Azərbaycan yurdunun alınmaz bir qalası,
Əziz Dağlıq Qarabağ, canım fədadır sənə,
Əcdadlardan mirassan, şanssan, şərəfsən mənə.
Başqa yurdu el bilməz, vətəndən ayrı insan
Özgə bağda oxumaz, çəkər ah-zarı insan,
Gözündən nəmi bitməz, qəlbində ağrı insan
Əziz Dağlıq Qarabağ, canım fədadır sənə,
Əcdadlardan mirassan, şanssan, şərəfsən mənə
Babaların yurdusan, sənsiz canı neylərəm,
Səndən ayrı tapılan şöhrət-şanı neylərəm
Sənsiz günüm gün deyil, bu cahanı neylərəm,
Əziz Dağlıq Qarabağ, canım fədadır sənə,
Əcdadlardan mirassan, şanssan, şərəfsən mənə
IV
Xocalı, 1992 il, 25 – 26 fevral
Qətliam alovunda sərgərdan olan Xocalım,
Bir gecədə yer ilə yeksan olan Xocalım,
Neçə şəhid, qurbanla viran olan Xocalım,
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu.
Yurd qırğına uğradı, yer, asiman titrədi,
Xatını od bürüdü, cumlə cahan titrədi,
Xirosima, Naqasaki – küllü yapon titrədi,
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu
Ana yurdun bağrı qan, sinəsi odda yandı,
Gunahsız insanların ahı dunyanı tutdu
Neçə şəhidin qanı göyə – fələyə çatdı,
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu.
Eşitmədin sən gəncin, qocanın naləsini,
Qətl elədi oğlunu– gözünün giləsini,
Gəlin basdı bağrına ölərkən oldu körpəsini,
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu .
Xalqım quş tək çırpınıb, qanad çaldı hər yana,
Evi-eşiyi yandı, dünya qaldı bigana,
Viran oldu, dağıldı ziyarətgahlar yan-yana,
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu
Məgər bu insanlığın bir belə dəyəri yox?
Azyaşlı kğrpələrə, qocalara dəydi ox
Qəlbdə yaram bitişməz, alovlanan əzab çox
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu
Dünyamızda yaşanıb müharibə, qan qada
Ətrqaf nalə içində hər yan batıbdır qana
Nəfsinə qul olanlar, heç bənzəməz insana
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu
Şəhidlərin xatirəsi əbədidir və sönməz
Vaxtsız gedən ömürlər, qəlbldəki güldür, solmaz.
Millət hər kəlməsində Vətən deyər, yorulmaz
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu .
Bircə anlıq sükutla qurbanları yad edək
Ata, ana, qız, gəlin, oğlanları yad edək
Qəlbimdəki bir haray, durmadan fəryad edək
Bəşəriyyət, aç gözünü, nə faciə, nə qəm bu
İnsanlığın adına damğa olan sitəm bu.
V
Ey, Dağlıq Qarabağ, müqəddəs torpaq,
Mənə cənnət-behişt, əziz səcdəgah,
Varlığım, imanım, dinimsən, vallah –
Vətəndən imtina? –
Heç zaman olmaz!
Dünyada yalana köklənib sazlar,
Muəmma söyləyir hər cür avazlar,
Pərdə dalındakı ay, oyunbazlar
Vətəndən imtina? –
Heç zaman olmaz!
Xain ürəklərdə məkr və qəzəb
Ədavət, həqarət, qılınc və əzab
Hər kəsin qəlbində haqlı bir cavab –
Vətəndən imtina? –
Heç zaman olmaz!
Bitməyən təzyiqlər, müdhiş vuruşlar,
Haqqın gəmisinə nahaq duruşlar
Ay xırda adamlar, qəpik-quruşlar,
Vətəndən imtina? –
Heç zaman olmaz!
Acı qismətindən zar-zar ağlayan,
Evindən yurdundan tamam qovulan,
Xalqıma can fəda, can olsun qurban –
Vətəndən imtina? –
Heç zaman olmaz!
Minalar sancılan əziz köksünə,
Sancılıb əslində onlar sinəmə,
Ana can,ağlama, balam, incimə
Vətəndən imtina? –
Heç zaman olmaz!
Ulu keçmişimin ruhu hürr, oyaq
Qəddini şax tut, mərdsən, ol dayaq
Qelbimdə inləyən şəhidimdir haqq
Vətəndən imtina? –
Heç zaman olmaz!
Ey, ulu Qarabağ, səadətmisən
Qəlbimsən, gözümsən, şücaətimsən
Allah əmanətim, itaətmisən–
Vətəndən imtina? –
Heç zaman olmaz!
Nəvai Həzrətlərinə
Sən əzəldən bu eşqin sirlərini bilənsən
Şeir kitablarında bu eşqi göstərənsən
Sənət qələmin ilə sevgi qəsrini tikib
Heyrət dolu tarixdə bizə aşikar edənsən.
Sən sözündə gövhərsən, dür təki bərq vuranım
Sən cənnət adlı bağda ahular ovlayanım
Nəva dolu gülüşlə günəş kimi nur saçıb
Nuş edib eşq şərabın canına bağlayanım.
Zərrədə bütün varlıq, damlada dərya könül
İzlərinin naxışı qəlblərə tutya könül
Hikmət içrə üzənim hər nəfəsi ibadət
Söz mülkünün sultanı, piri, sarayı könül.
Söz aləminə bəzək, qüdrəti deyən Pirim
Sözü əqil-kamaldan ucada görən Pirim
İnsanı ucalara yuksəldən sözdür, deyib,
Sözü həm şərəf bilib, həm gövhər bilən Pirim.
Mürəkkəbə su damsa, almaz kimi daşırdı,
Mənası yüzcahanı göy tağındam aşırdı,
Eşq Tanrıdan gəlirsə, səsində ahəng-nəva,
Bir Leylanın qanından min bir mələk şaşırdi.
Sən fələyin özünə söz gövhərin saçanım,
Gövhər dükanın tikib, durlə inci açanım.
Köhnə dunya bağrını hikmət ilə doldurub,
Mənalar dənizindən qəvvas olub keçənim.
Sən hikmət bürclərində nur dolyu gulustanım,
Bütün dunyanı tutan söz xəzinəm, cahanım
Qiyamətdə bərq vuran özün cövhərfəşanım,
Nəvai fəzlilətli, mənim türküm Turanım.
Özbək dilindən tərcümə etdi: Faiq Balabəyli