İstanbulun Avcılar kəndinin 27 yaşlı oğlan balta ilə Atartürkün abidəsinə hücum edib.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Namık Kamal ilə Mərmərə küçəsinin kəsişməsində baş verib. Şübhəli şəxs əlindəki balta ilə abidənin altlığına bir neçə dəfə zərbə endirib, daha sonra isə baltanı abidəyə tərəf atıb. O, ərazidəki polis qrupları tərəfindən saxlanılıb. Hadisə ilə bağlı istintaq davam edir.