Azərbaycanda həm də beynəlxalq media qurumları fəaliyyətə başlayıb.
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, bu seçkilərin tarixi əhəmiyyəti ilk dəfə Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində keçirilməsi ilə əlaqədardır: “Hazırda azad olunmuş ərazilərdə 26 məntəqə yaratmışıq, bu seçki məntəqələrində 23 minə yaxın daimi qeydiyyatda olan və qeydiyyatdan çıxma vəsiqəsi alan seçicilərimiz, eyni zamanda hərbi hissədə olan seçicilərimiz səs verəcəklər. Biz beynəlxalq qurumlardan da xahiş etmişik ki, azad olmuş ərazilərdə seçkiləri müşahidə etsinlər. Xüsusilə biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan bunu xahiş etmişik. Çox arzu edirik ki, səsvermə günü orada beynəlxalq qurumların nümayəndələri olsun”.