Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (67 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən dünya çempionatında mübarizəni erkən başa vurub.
Azərbaycan Ağır Atletika Federasiyasından Müstəqil.Az-a verilən məlumata görə, körpücük üzərinə çıxan idmançı dizindəki zədə səbəbindən ilk yanaşmasından (128 kiloqram) sonra yarışdan imtina etmək qərarına gəlib.
Qeyd edək ki, mundial Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Sentyabrın 17-dək davam edəcək yarışda 894 atlet (469 kişi və 425 qadın) iştirak edir.
Müstəqil.Az