“Avatar” dünyanın ən çox gəlir gətirən 10 filmi sırasına daxil oldu

“Avatar” dünyanın ən çox gəlir gətirən 10 filmi sırasına daxil oldu

Amerikalı rejissor Ceyms Kemeronun “Avatar: Suyun Yolu” filmi dünyanın ən çox gəlir gətirən 10 filmi sırasına daxil olub.

Kulis.az xəbər verir ki, film həftəsonu dünya miqyasında kassada 1,7 milyard dollar gəlir əldə edib. Beləliklə, qlobal kassada yeni “Avatar” artıq 2019-cu ildə “Kral Aslan”ı (1,663 milyard dollar) və 2015-ci ildə “Yura dövrü dünyası”nı (1,672 milyard dollar) geridə qoyub.

Qeyd edək ki, Ceyms Kemeron bundan öncə “Avatar”ın bir neçə yeni hissəsini çəkmək niyyətində olduğunu bildirmişdi.

Share: