Milli Aviasiya Akademiyasının tələbəsi qəfil vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə akademiyanın feysbuk səhifəsində məlumat yayılıb.
Bildirilib ki, akademiyanın İqtisadiyyat-hüquq fakültəsinin IV kurs tələbəsi Nicat Süleymanov bu gün səhər saatlarında qəfildən dünyasını dəyişib.