Son bir ay ərzində respublikanın avtomobil yollarında baş verən qəzalarda həlak olanların sayı məlum olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustda qeydə alınan qəzalar nəticəsində 72 nəfər ölüb.
Qəzaların əksəriyyəti bölgələrdə qeydə alınıb.
Bütün faktlarla bağlı araşdırma aparılır.