Avrasiya hospitalda Avropa və Asiyanı sarsıda biləcək şok əməl… – VİDEO

Avrasiya hospitalda Avropa və Asiyanı sarsıda biləcək şok əməl… – VİDEO

BURADA XƏSTƏNİ ÖLDÜRÜB, HƏLƏ YAŞAYIR, DEYƏ YAXINLARINA TƏQDİM EDİBLƏR. 

Mərhum Arif Əlisəfa oğlu Məmmədovun Müstəqil.Az-a müraciət edən doğmaları bu iddiadadır.

Beləliklə Bakıda, Həsən Əliyev küçəsində yerləşən Avrasiya Hospitalında baş verən faciənin təfərrüatları məlum olub.  Bununla bağlı redaksiyamızda olan mərhum Arif Məmmədovun qardaşı Mais Məmmədov  məlumata verib. Onun iddiasına  görə,  2024-cü il d ekabrın 14-də Hospitalda Kürdəmirdə doğulan, Bakı şəhəri, Xətai rayonunda yaşayan Məmmədov Arif  Əlisəfa oğlu həkim səhlənkarlğından dünyasını dəyişib.  Mais Məmmədov ürək ağrısıyla qardaşının aldadılaraq hospitala dəvət edildiyini və heç bir hazırlıq işləri görülmədən damarına stend qoyulması üçün aparılan əməliyyat zamanı dünyasını dəyişdiyini deyib. Zərərçəkən tərəf olaraq hospitalı ittiham edən Mais bəy Müstəqil.Az-a  onu da bildirib ki, qardaşı dünyasını dəyişdikdən sonra qardaşının ölümünü yaxınlarına bildirməməklə hospitalın əməkdaşları, xüsusi ilə adını unutduğu icra direktoru analoqu olmayan daha dəhşətli cinayətə imza atıblar. Belə ki, mərhumun sağ olduğunu, əməliyyat sonu reanimasiyaya yerləşdirildiyini, oksigen aparatına qoşulduğunu deyib və cinaytin baş verdiyi anı uzadaraq ölümün əməliyyatdan deyil, digər  səbəblərdən olduğunu bildirmək istəyiblər. Lakin bunu sona qədər edə bilməyiblər, Mərhumun yaxınlarının  tələb və təzyiqindən sonra məhayət ölüm faktını etiraf ediblər.
Redaksiyaya olunan müraciətdən məlum olur ki, mərhum Arif Məmmədov hadisədən 14 gün əvvəl, noyabrın 30 da adı çəkilən hospitalda əməliyyat olunub və onun 2 damarına stend yerləşdirilib. Ümumilikdə xəstəyə 4 ədəd stend qoyulacaqmış. Əməliyyatı edən cərrah Elnur Əlizadə deyib ki, Türkiyə Cümhuriyyətində hansısa klinikada işlədiyi üçün təcili ölkəni tərk etməlidir. 14 gündən sonra Bakıyaya qayadacaq və Avrasiya hospitalında olacaq. O zamana qədər vəziyyəti stabilləşən xəstəyə  daha iki damara stend qoyulacaq.

Müstəqil.Az-ın araşdırmasından o da məlum olur ki,  Türkiyə Cümhuriyyətində işləyir və ayda iki dəfə gəlib Bakıdada əməliyyatlar edir. Onun  üçün xəstələri Zəhra adında tibb işçisi toplayır. Elə, mərhum A. Məmmədovla Elnur həkimin arasında körpü rolunu Zəhra xanım oynayıb. Bu dəfə də elə olur.

dekabrın 13-sə Arifə zəng edilir və dekabrın 14-də Hospitala dəvət edilir. Hospitalda olanArifə həkimə və yaxınlarına bildirir ki, damarlarına stend qoyulandan sonra özünü daha pis hiss etdiyini bildirir. Lakin həkim onu inandırır ki, bu keçici haldır. Beləliklə dekabrın 13 də zəng edib əməliyyata dəvət edirlən Arif, dekabrın 14 -də ,csaat 17-də uğursuzluqla nəticələnən əməliyyat  otağına aparılır. Əməliyyat öncəsi mərhum yaxınlarına votsap vasitəsi ilə zəng edərək səs atır. Mənə iynə vurdular, halım daha da pisləşib.

Lakin həkim Elnur Əlizadə xəstəyə iynə vurduğu ilk anda onun həyatına son qoyur. Bundan sonra heç bir hadisə baş verməmiş kimi digər xəstəni əməliyyat etmək üçün gedir. Axı ayda iki dəfə onun üçün xəstələr yığılır və o Türkiyədən gələrək 1 gün ərzində əməliyyatları edib gedir.

 

 

twitter sharing button
email sharing button
sharethis sharing button
messenger sharing button
whatsapp sharing button
odnoklassniki sharing button
print sharing button

 

 

Dəhşətli olaylardan biri də ondaan ibarətdir ki, əməliyyatı icbari sığortanın maliyyə dəstəyi ilə etdirdiklərini deyən hospital rəhbərliyi qarşı tərəfdən aldıqları 3.000 azn ə gərə heç bir sənəd də verməyiblər.
Dünyasını dəyişən Arifin qardaşı hospitalın liftinə minmək istədikdə, liftin şaxtasına yıxılır. 8 qabırğası, diz və çanaq oynaqları, digər əzaları sınır və çat veruir. Baclılarının ürəyi gedir, lakin hospitalda ona heç bir ilk tibbi yardım göstərilmir. Neftçalada toyda olan baş həkim Azər  Nağıyevə zəng olunur. Bundan sonra bir şəfqət bacısı yaxınlaşır, hospitalda ağrı kəsici iynənin belə olmadığını deyir. Məcbur olub, Hospitala təcili tibbi yaerdım çağırılır. Zərərçəkənlərin etirazına məhəl qoymayan Hospitalın tibbi və mühafizə persanalları onları məkandan uzaqlaşdırmaq üçün polis dəvət edir. Hadisə yerində olan polislır adıçəkilən hospitalda belə sayğısızlığın, xəstə ölümünün dəfələrlə təkrar olunduöunu deyən, mərhumun qardaşı Mais Məmmədov, baş vermiş cinaytdə günahı olanların sərt şəkildə cəzalandırılmasını tələb etdiyini bildirdi.

https://youtu.be/d-uMh6U2k30?si=BW52jXdUjGZt2-nt
Müstəqil.Az

Mövzunu davam etdirəcəyik

Share: