AVRO-2020: Bakı Könüllülük Proqramının səfiri bəlli oldu – FOTO/VİDEO

AVRO-2020 Bakı Könüllülük Proqramının səfiri müəyyənləşib.

Müstəqil.Az xəbər verir ki, Könüllülük Proqramının səfiri aktyor və rejissor Taleh Yüzbəyov olub.

Bu barədə o, özünün “Instagram” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, AVRO-2020-nin dörd oyunu Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.(oxu.az)

Share: