Avropanın katolik və protestantları bu gün “Böyük cümə”ni qeyd edirlər.
Müstəqil.Az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin əksəriyyətində “Böyük cümə” təqvimin “qırmızı günü”, yəni istirahət günüdür. “Böyük cümə” Pasxadan əvvəl qeyd edilir.
Kommunist ideologiyasının hökmran olduğu illərdə sosialist düşərgəsi ölkələrində bu tarixdə istirahət etmək ənənəsi dayandırılmışdı. Lakin soyuq müharibə başa çatdıqdan sonra hökumətlər bu ənənəni bərpa etdilər. İndi Qərbi Avropanın Aİ-yə üzv olan bütün ölkələrində həmin gün qeyri-iş günü hesab edilir.
“Qərb” təqviminə görə (yəni katolik və protestantlarda) 2021-ci ildə Pasxa aprelin 4-də qeyd olunacaq. Koronavirus əleyhinə görülən tədbirlər nəticəsində məbədləri ziyarət etmək bu il də xeyli məhdudlaşdırılacaq. Avropa İttifaqı üzv dövlətlərin sakinlərini bayramı ailə əhatəsində keçirməyə çağırıb.
Müstəqil.Az