Bu gün Krit adasında (Yunanıstan) şahmat üzrə Avropa komanda çempionatının 6-cı turu keçirilir.
Bu turda Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının rəqibi Ermənistan komandası olub.
Ermənistan komandasına qarşı mübarizədə Levon Aronyan – Şəhriyar Məmmədyarov, Sergey Movsesyan – Teymur Rəcəbov, Qabriel Sarkisyan – Arkadi Naydiç və Qrant Melkumyan – Rauf Məmmədov cütlükləri qarşılaşıblar.
Levon Aronyan – Şəhriyar Məmmədyarov cütlüyündə azərbaycanlı şahmatçı qələbə qazana bilməyib. Arkadi Naydiç Qabriel Sarkisyanla xalları bölüşüb. Sergey Movsesyan-Teymur Rəcəbov, Qrant Melkumyan-Rauf Məmmədov cütlüklərində isə həmyerlilərimiz qələbə qazanıblar: 2.5 – 1.5
Yarış İsveçrə sistemi üzrə 9 turda keçirilir.
Müstəqil.AZ