Avropa İttifaqı Şurası 2023-cü ildə Ukraynaya 18 milyard avro məbləğində makromaliyyə yardımının göstərilməsini təsdiqləyib.
Bu barədə məlumat Avropa İttifaqı Şurasının saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Ukraynaya verilən 18 milyard avroluq kreditin 10 illik güzəşt müddəti olacaq.
Avropa İttifaqı Şurasına sədrlik edən Çexiyanın maliyyə naziri Zbınek Stanyura qeyd edib ki, Avropa İttifaqı Ukraynaya lazım olan qədər, o cümlədən maliyyə baxımından da dəstək ayırmaqda qərarlıdır.
Mənbə: Consilium.europa.eu