Aİ-yə sədrlik edən Çexiya Aİ-nin enerji nazirlərinin növbədənkənar iclasını çağıracaq.
Bu barədə Baş nazir Petr Fiala özünün “Twitter” səhifəsində yazıb.
“Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə razılığa əsasən, biz [Çexiya] Aİ-yə sədrlik edən ölkə kimi təcili olaraq enerji məsələləri üzrə Nazirlər Şurasının iclasını çağıracağıq. Bu iclasda enerji məsələlərinin həlli ilə bağlı xüsusi fövqəladə tədbirlər nəzərdən keçiriləcək”, – deyə Fiala bildirib.
Mənbə: TASS