Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bu vəzifəyə yenidən namizədliyini irəli sürmək qərarına gəlib.
-nın məlumatına görə, bu barədə “Bild in Russian” Telegram kanalı məlumat yayıb.
“65 yaşlı Ursula fon der Lyayen Avropa Komissiyasının sədri vəzifəsinə yenidən namizədliyini irəli sürmək qərarına gəlib. O, 2019-cu ildən bu postu tutur”, – nəşr yazır.
Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.