Avropa Parlamenti bugünkü iclasında ötən əsrin 30-cu illərində baş vermiş dəhşətli hadisələri – “Qolodomor” faciəsini Ukrayna xalqının soyqırımı tanıyan qətnaməni dəstəkləyib.
Müstəqil.Az “Ukrinform”a istinadla bildirir ki, sənədi 507 deputat dəstəkləyib, 12 deputat əleyhinə səs verib, 17 deputat bitərəf qalıb.
Qəbul edilmiş qətnamədə Ukrayna xalqı ilə həmrəylik ifadə edilir və Stalin rejiminin süni aclıq təşkil etmək istiqamətində məqsədyönlü fəaliyyəti nəticəsində həlak olan milyonlarla insanın xatirəsi ehtiramla yad edilir.
“Avropa Parlamenti Sovet rejiminin qəsdən törətdiyi 1932-1933-cü illərdə Ukraynada baş vermiş süni aclığı, Ukrayna xalqına qarşı soyqırımı nəticəsində yaranmış Qolodomoru tanıyır, totalitar sovet rejiminin bu cür hərəkətlərini qəti şəkildə pisləyir”, – bəyanatda deyilir.
Bundan əlavə, avropalı parlamentarilər Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirən, ərazi bütövlüyünü, suverenliyini pozan, onu dövlət kimi ləğv etməyə çalışan, taxıl anbarlarını talayan, ixracın qarşısını alan Rusiyanın hərəkətlərini pisləyiblər.
Qəbul edilmiş qətnamə Ali Radaya, prezidentə, Ukrayna hökumətinə, Aİ diplomatiyasının rəhbərinə, Avropa Şurasına və Komissiyasına, üzv dövlətlərə, BMT-yə, ATƏT-ə, habelə Rusiya prezidentinə, hökumətinə və Parlament.
Xatırladaq ki, Çexiya Senatı dünən Qolodomorun ukraynalıların soyqırımı kimi tanınmasına səs verib.
Müstəqil.Az