Tanınmış finlandiyalı siyasətçi, Avropa Parlamentinin vitse-prezidenti Heidi Hautala ABŞ-dakı iğtişaşları 1999-cu ildəki Ermənistandakı hadisələrlə müqayisə etdi.
Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə Finlandiyanın inkişafı naminə əməkdaşlıq işləri üzrə sabiq naziri öz “Twitter” səhifəsində yazıb.
“Bu gün Tramp seçkilərin oğurlanması barədə danışarkən Ermənistanı nəzərdə tuturdu. Pritça dəhşətlidir, belə ki, 1999-cu ildə Ermənistanda terrorçular parlamentə hücum etdilər, baş naziri, parlamentin spikerini və digər üç nəfəri öldürüb, bir çox parlamentarini girov götürüblər”, -tanınmış finlandiyalı siyasətçi yazıb.