“Avropa qışı Rusiya qazı olmadan keçirməyə hazırdır” — Bloomberg

“Avropa qışı Rusiya qazı olmadan keçirməyə hazırdır” — Bloomberg

Bu qış Avropa keçən illə müqayisədə daha çox maye qaz idxal edə bilər ki, bu da Rusiyadan qaz tədarükünü kompensasiya etməyə kömək edəcək.

“Qafqazinfo” “Bloomberg”in yaydığı məlumata istinadən xəbər verir ki, qışda keçən ilə nisbətən təxminən 40% daha çox LNG idxal edilə bilər və itirilmiş ehtiyatları doldurmaq üçün gələn ilin yayında satınalmaları təxminən 14% artıra bilər.

Qeyd olunur ki, əlavə yanacaq almaq üçün avropalı alıcılar spot bazarda uzunmüddətli müqavilələr üzrə təqdim etdiklərindən 90% çox LNG almalı olacaqlar ki, bu da Asiya ilə rəqabəti daha da artıracaq. Bu, Avropanın Rusiyadan qaz asılılığını azaltmağa cəhd etdikdən sonra kəskin bahalaşan dünya qaz qiymətlərini dəstəkləyəcək.


Share: