Avropada 25 milyardlıq nəhəng layihə – Yalnız 8 ölkə iştirak edəcək

FİFA iki ildə bir dəfə 8 komandanın qatılacağı beynəlxalq mini Dünya Çempionatı təşkil etməyi planlaşdırır.

Publika.az xəbər veririk, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.

Qurumun planına görə, “Final 8” olaraq adlandırılan turnir gələcək 12 il içində 25 milyardlıq bir dəyərə sahib ola bilər. Turnir beynəlxalq futbolu yenidən canlandırmaq üçün iddialı bir planın parçası olan Millətlər Liqasının zirvəsi kimi görülür. “Final 8” 2021-ci ildən başlayaraq oktyabr və noyabr ayları arasında gerçəkləşdiriləcək.

“Röyters”in əldə etdiyi məlumata görə, adını açıqlamayan bir sərmayə qrupu turnirin haqlarını sığortalamaq üçün 25 milyard dollar yatıracaq.

Bu layihə həyata keçirilsə, hazırda Dünya Kubokundan bir il əvvəl təşkil edilən Konfederasiyalar Kuboku ləğv ediləcək.

Share: