Avropa hazırda yüksək patogenli quş qripinin rekord həddə çatan ən pis epidemiyasını yaşayır.
Bunu Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin 2021 və 2022-ci illər üzrə məlumatları sübut edir.
Köhnə dünyanın 37 ölkəsində 3573 çöl quşunun, o cümlədən təsərrüfatlarda 2467 quşun, 187 ev heyvanının yoluxduğu dəqiqləşdirilir.
İndiyədək insanlar arasında yoluxma halları qeydə alınmayıb, lakin ekspertlər bu ilin qışına qədər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.
Mənbə: Vesti.ru