Avropadan sonra ABŞ da səfərbərlikdən qaçan rusiyalılara sığınacaq verir

Avropadan sonra ABŞ da səfərbərlikdən qaçan rusiyalılara sığınacaq verir

“Səfərbərlikdən gizlənən Rusiya vətəndaşları ABŞ-a sığınacaq üçün müraciət edə bilərlər”.

Bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Onun sözlərinə görə, ABŞ hökuməti sığınacaq istəyən hər kəsi alqışlayır.

Ağ Evin mətbuat katibi əlavə edib ki, hər bir müraciətə ayrı-ayrılıqda baxılacaq.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-də qismən səfərbərlik elan edilib. O vaxtdan bəri minlərlə insan ölkəni tərk edib. Yalnız qonşu Qazaxıstan, Gürcüstan, Monqolustan və Finlandiya 200 minə yaxın rusiyalını qəbul edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel qismən səfərbərliyə düşmək istəməyən Rusiya vətəndaşlarına humanitar vizaların verilməsi təşəbbüsünü dəstəkləyib. İspaniyanın xarici işlər naziri Manuel Albares isə Aİ ölkələri Avropa dəyərlərini paylaşan Rusiya vətəndaşlarına viza verilməsini dayandırmayacağını bəyan edib. Həmçinin Almaniya hökuməti müəyyən şərtlər daxilində Rusiya ordusundan olan fərarilərə və Putin hökumətinin əleyhdarlarına sığınacaq verməyə hazır olduğunu bildirib.

Share: