Avropalılar – İspanlar yeni ili necə keçirir? -MARAQLI

Bir çox ölkələr YENİ İLİ fərqli şəkildə qeyd edirlər. Belə fərqli yeni ili qarşılayanlardan biri də barəsində  söhbət açmaq istədiyim İSPANİYA KRALLIĞIDIR.

Avropalıların ən çox sevdiyi  Yeni il  bayramı İSPANİYADA da çox maraqlı şəkildə keçirilir. Bu bayram 24 dekabrdan  İSA  PEYĞƏMBƏRİN doğum günündən başlayaraq   “NOCHE BUENA”(GÖZƏL GECƏ),”NAVİDAD”(YENİ İL) adlandırılır.

31 dekabr isə onlar KÖHNƏ YENİ İLİ (“NOCHE VİEJA”)-nı  qeyd edirlər.

“NOCHE BUENA” 24 DEKABR onların əsl bayram günü sayılan bu gecə ispanlar üçün çox əhəmiyyətlidir.Həmin gecə bütün ailə bir araya toplanır,gözəl bir şam yeməyi masasında maraqlı bir bayram keçirirlər.

Bütün evlərin balkonları BAYRAM SİMVOLLARI VƏ al əlvan işıqlarla bəzədilir.

‘Noche Vieja’ (KÖHNƏ YENİ İL) gecəsi isə onlar təzə ilin gəlişini gecə sabaha qədər əylənərək qeyd edirlər.

Süfrələrini sevdikləri ən ləzzətli təamlar-dəniz məhsulları ilə  hazırlanmış qarışıq plov “PAELLA”,kabablar və bizim ağız dadımıza uyğun olmasa da ,onların sevərək alıb hazırladıqları,qiyməti heç də ucuz olmayan (caracol kq 40 euro) ilbiz yeməyi və.s. mətbəxlərində ən çox işlətdikləri sarımsaqlı bir çox fərqli yemək növləri və ispan şərabı bəzəyir…

CARACOL(İLBİZ)

                              PAELLA(DƏNİZ MƏHSULLARINDAN HAZIRLANMIŞ MİLLİ PLOV YEMƏYİ)

Saat 12-ə 12 saniyə qalmış kilsə zənglərinin səsi ətrafa yayılır.  İnsanlar  böyük coşquyla inanclarına görə 12 ədəd böyük ölçüdə üzüm giləsinin hər birini yeyib  yeni il daxil olana qədər arzularını bitirməyə çalışırlar. Uğurlu bir il üçün qədəh qaldırır, vazkeçilməz adətləri olan lotoreya oyununun nəticəsinin səbirsizliklə gözləyirlər..

Əlbəttə ki, bayram bununla bitmir. Yanvar ayının 6 -sı “DİA DE REYES”(KRALLARIN GÜNÜ) kimi qeyd olunur.

Bu günü təmsilən; hər il 6 yanvarda Gaspar, Melkior və Baltazar KRALLARI köməkçiləri ilə bərabər at üstündə, faytonlarla şəhərin işıqlı küçələrindən keçərək uşaqlara və insanlara konfet, şirniyyat və hədiyyələr paylayırlar.

Bu böyük izdiham kilsəyə qədər gedib çıxır, əlavə hədiyyələr də orada paylanılır. Bu gecə insanların əhval ruhiyyəsinə isə söz ola bilmir..

HƏMİN gündən etibarən ölkənin bütün brend ,marka mağazalarında böyük endirim kampaniyaları başlayır.

KRAL şirniyyatı olan milli çörək “Roscon de Reyes” də xüsusi olaraq Kralların gününə həsr olunaraq hazırlanır.

HƏR ölkənin öz adət-ənənələrini bilmək maraqlıdır. İnanıram ki, sizi kiçik də olsa İSPANİYADA qeyd olunan YENİ İL adətləri ilə TANIŞ edə bildik.

Hər ölkənin öz adətləri,bayramları,yemək zövqü özünə əziz olduğu kimi bizim adətlərimiz də bizim üçün gözəl və əvəzsizdir..

Müstəqil.Az adından sizlərə maraqlı bayram qeyd etmək və uğurlu bir ilə qədəm qoymanızı arzulayırıq..

 

AYSEL SƏFƏRLİ

 

 

 

Share: