İsrailin paytaxtı Tel-Əvivdə “Avroviziya-2019” mahnı müsabiqəsinin qalibi müəyyən edildi.
Müstəqil.Az-ın məlumatına görə, builki müsabiqənin birincisi Niderland təmsilçisi Dunkan Lorens (Duncan Laurence) olub.
O, “Arcade” mahnısını ifa edərək həm münsiflərdən, həm də tamaşaçılardan ümumilikdə 492 xal qazanıb.
II yeri 465 xalla İtaliya təmsilçisi Mahmud (Mahmood) tutub, müsabiqənin üçüncüsü isə Rusiya təmsilçisi Sergey Lazarev olub – 369 xal.
Qeyd edək ki, İsraildə keçirilən 64-cü “Avroviziya” mahnı müsabiqəsində 41 ölkənin nümayəndələri iştirak edib. Birinci və ikinci yarımfinalda uğurlu nəticə göstərərək finala vəsiqə qazanan 26 ölkə – Malta, Çexiya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Hollandiya, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstriya, Almaniya, Albaniya və İspaniya nümayəndələri qələbə uğrunda mübarizə aparıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala qədər yüksələrək 20-ci nömrə altında “Truth” (Həqiqət) mahnısı ilə çıxış edib. O, 297 xalla 7-ci yerdə qərarlaşıb.