“Avroviziya 2024″ün ilk iştirakçısı bəlli oldu

“Avroviziya 2024″ün ilk iştirakçısı bəlli oldu

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin ilk iştirakçısı bəlli olub.

Kulis.az xəbər verir ki, Belçika müsabiqəyə qatılacağını rəsmi şəkildə təsdiqləyən ilk ölkə olub.

Ölkəni yarışda Mustii səhnə adı ilə tanınan belçikalı aktyor və müğənni Tomas Mustin təmsil edəcək.

“Belçikanı “Avroviziya 2024″də təmsil etmək şərəfinə nail oldum” deyə, Mustii sosial media hesabında yazıb.

Belçika 1956-cı ildən bəri “Avroviziya”| 64 dəfə iştirak edib. 1986-cı ildə ölkəni təmsil edən Sandra Kim “J’aime La Vie” mahnısı ilə müsabiqənin ən gənc qalibi olub.

Xatırladaq ki, “Avroviziya-2024” mahnı müsabiqəsi 7, 9 və 11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək.

Share: