“Avroviziya” təmsilçilərimiz finala çıxa bilmədilər — Yenilənib

“Avroviziya” təmsilçilərimiz finala çıxa bilmədilər — Yenilənib

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, 67-cisi keçirilən yarışma Liverpulda olacaq. 

Bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycanı təmsil edən  Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar. 

Axşam səhnəyə çıxacaq digər ölkələr isə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadır. 

Səsvermə mayın 9-da canlı konsert zamanı açıq olacaq.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.

***

“Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalına start verilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov əkizləri 12-ci nömrə ilə səhnəyə çıxacaqlar. 

***

“Avroviziya” mahnı müsabiqəsində təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları artıq çıxış ediblər.

“Qafqazinfo” xəbər verir ki, onlar 12-ci nömrə ilə “Tell Me More” mahnısını ifa ediblər.

***

Yarışmada “Tell me more” mahnısını ifa edən təmsilçilərimiz Turan və Tural Bağmanovlar finala çıxa bilməyiblər.


Share: