Avşar Şahın qadın haqları uyqulaması

Tədqiqtaçı Güntay Gənsalp Jonas Hanvayın “Nadir Şahın yaşamı” kitabından kiçik bir parçanı təqdim edir.

Müstəqil.Az həmin Nadir şahın həmin ibrətamiz əmrini  yayınlayır:
“Avşar Şah ordusuna əmr verdi ki, kimsə zorla hindlilərdən kölə və ya cariyyə alma haqqına sahib deyildir. Yalnız kölə-cariyyə satanlar və kölə-cariyyələrin özləri razı olarlarsa bunu edə etmək mümkün idi. Əmrə görə, əsgərlərin evləndikləri qadınlar da kəndiləri Avşar ölkəsinə getməkdə istəkli olmasaydılar, kimsə onları zorla özüylə apara bilməzdi. Evli əsgərlər nə qədər israr etsələr də, onların hindli qadınları ölkələrini tərk etmək istəmədilər. Ərlərini uğurlamaq üçün şəhərin dışına qədər gələn hindli qadınlar vardı. Ölkələrini tərk etmək istəmədikləri üçün Avşar Şah zabitlərinə onların geri dönmələri üçün yardımçı olmalarını əmr etdi. Avşar Şahın bu davranışı anlaşılır deyildi. Çünkü İslam savaş şərtlərinə görə, Avşar ordusu istədiyi qədər cariyyə əldə etmə haqqına sahibdi. Lakin Avşar Şah qadınların azadlığına olan sayqısından və savaşlarda uyquladığı yeni görüşündən dolayı bu qonuda qadınları sərbəst buraxdı. Avşar ölkəsinə gedib getməməkdə qadınlar kəndiləri qərar verməliydilər. Bu qonuda Avşar Şah seçimi qadınlara buraxdı.”

Müstəqil.Az

Share: