Avstraliya hökuməti Ukraynaya 110 milyon Avstraliya dolları (təxminən 74 milyon dollar) məbləğində yeni hərbi yardım paketi ayırdığını elan edib. Bu barədə iyunun 26-da ölkənin baş nazirinin rəsmi saytında məlumat verilib.
“Avstraliya hökuməti Ukraynaya 110 milyon dollarlıq yeni yardım paketi təqdim edəcək. Bu paketə 70 döyüş maşını, o cümlədən, 28 M113 markalı zirehli maşın, 14 xüsusi təyinatlı maşın, 28 MAN 40M markalı orta ölçülü yük maşını və 14 qoşqu daxildir”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, rəsmi Kanberra Kiyevə 105 mm-lik artilleriya mərmiləri, Ukrayna Humanitar Fondunu idarə edən BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə isə 10 milyon Avstraliya dolları (təxminən 6,6 milyon dollar) verəcək.
Mənbə: İzvestiya