Avstraliyanın Sidney şəhərindəki ticarət mərkəzində naməlum şəxsin bıçaqla insanlara hücumu nəticəsində 4 nəfər ölüb.
-nın “BBC”yə istinadən xəbərinə görə, hadisə zamanı daha 8 nəfərin yaralandığı bildirilir. Onların arasında azyaşlı uşaq da var.
Həmin şəxs əraziyə gələn polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Polisin məlumatına görə, adı hələlik açıqlanmayan bu şəxsin radikal dini qruplaşmalarla əlaqəsi araşdırılır.