Avstraliyada qadın ölümcül xəstəlikdən sonra sağ qalıb

Avstraliyada qadın ölümcül xəstəlikdən sonra sağ qalıb

Avstraliyalı qadın mal-qara və marallara ziyan vuran “Clostridium chauvoei” bakteriyası ilə nadir və eyni zamanda ölümcül infeksiya nəticəsində sağ qala bilib. Daha əvvəl məlum olan insanların bu mikroorqanizmə iki yoluxma halı  ölümlə nəticələnib.

Məlumdur ki, xəstəliyin klinik əlamətləri üzə çıxmazdan az əvvəl qadın bağçada əlcəksiz işləyib. Eyni zamanda, ev pişiyinin onun əlini cırması nəticəsində əllərində çoxsaylı cırmaq izi olub.

Həkimlərin sözlərinə görə, çox vaxt torpaqda rast gəlinən bakteriya xəstənin bədəninə zədələnmiş dəri vasitəsilə daxil olub.

İnək, qoyun, uzunqulaq və camışlarda “Clostridium chauvoei” emkar (emfizematoz karbunkul) kimi tanınan ağır qeyri-yoluxucu xəstəliyə səbəb olur və çox vaxt heyvanın ölümü ilə nəticələnir. Amma insanların bu bakteriyaya yoluxması müstəsna haldır.

Qadın demək olar ki, üç gün evdə həzm pozğunluğundan, qarın və əzələlərdə çox şiddətli ağrılardan əziyyət çəkib. Həkimlər ehtiyat tədbiri olaraq xəstəyə antibiotik terapiyası təyin ediblər ki, bu da çox ehtimal ki, onun həyatını xilas edib. Çünki nəhayət diaqnoz qoyulanda xəstə artıq ölmüş ola bilərdi.

Bu halda qadının bağırsağının bir hissəsi kəsib götürülməli və hiperbarik oksigen terapiyası təyin edilməli olub.

Alimlərin fikrincə, xəstəliyin ilkin mərhələsində müalicəyə başlanıldığı üçün xəstə sağ qala bilib.

Mənbə: The Guardian

Share: