Avstriya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün referendum keçirməyə çağırır

Avstriya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün referendum keçirməyə çağırır

Avstriyanın “qara qızıl” sahəsində Rusiyaya qarşı məhdudiyyətlərin ölkə rəhbərliyi tərəfindən dəstəklənməsi fonunda Avstriya neft qıtlığı ilə üzləşib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə  müxalif Avstriya Azadlıq Partiyasından olan deputatı Ervin Anqeger bildirib. Onun sözlərinə görə, belə bir şəraitdə ölkə hakimiyyəti Avstriya xalqının Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərlə bağlı siyasətini davam etdirmək istəyib-istəməməsi ilə bağlı plebisit keçirməlidir .

“Əhalimiz yoxsulluğu artıran, iqtisadiyyatı və iş yerlərini məhv edən bu sanksiya siyasətini davam etdirmək istəyib-istəmədikləri ilə bağlı referendumda səs verə bilməlidir”, – Angeger deyib.

Avstriyalı deputatın qeyd etdiyi kimi, Avropanın Rusiyaya qarşı sanksiyaları iflasa uğrayıb və son məhdudiyyətlər yalnız ölkə əhalisinə təsir edəcək. O, həmçinin vurğulayıb ki , Aİ və Avstriya hökumətinin bunu görməsinin vaxtı çatıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Avropa sanksiyalar tətbiq etməklə, ilk növbədə, özlüyündə inflyasiyanın artmasına nail olub.

Müstəqil.Az

Share: