Avstriyada koronavirus əleyhinə vaksin məcburi olub

Avstriyada koronavirus əleyhinə vaksin məcburi olub

Avstriyada koronavirus əleyhinə vaksinin məcburi olması barədə qanun qüvvəyə minib.

Müstəqil.Az – ın xəbərinə görə, Avropada ilk olan qanun artıq rəsmi media qurumlarında yayılıb.

Qanuna görə, 18 yaşı tamam olmuş bütün avstriyalılar tam kurs peyvənd olunmalıdırlar. Yalnız hamilə qadınlar, yoluxub sağalanlar (180 gün ərzində) və vaksin üçün əks göstərişi olanlar istisnadır.

Yoxlamalar mart ayının ortalarında başlayacaq. Qayda pozanlara 600 – 3600 avro cərimə tətbiq ediləcək. Növbəti 2 həftə ərzində peyvənd olunan şəxslərin cəriməsi silinəcək.

Müstəqil.Az

Share: