Avstriyada xizək mərkəzində 17 yaşlı 2 turist öldü

Avstriyada xizək mərkəzində 17 yaşlı 2 turist öldü

Avstriyanın Tirol əyalətinin Kitzbühel bölgəsindəki xizək mərkəzində qəza baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 17 yaşlı iki alman turist ölüb.

Polisin verdiyi açıqlamada yüksək sürətlə sürüşən 2 alman turistin idarəetməni itirərək daşlıq əraziyə düşdüyü bildirilib.

Açıqlamada daşlıq əraziyə çırpılan turistlərin ağır yaralandığı və olunan müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi qeyd olunub.

Turistlərin Avstriyaya qış tətili üçün Almaniyadan gəldiyi deyilir.


Share: